Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ailə üzvləri ilə birlikdə ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkiləri ilə bağlı səsvermədə iştirak edib.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, seçkilərin azad və ədalətli təşkil olunduğunu diqqətə çatdıran prezidenti Rəcəb Tayyib Ərdoğan əminliklə deyib: “Türkiyə xalqı bir daha yüksək seçki fəallığı ilə dünya ictimaiyyətinə azad və demokratik seçim etmək imkanında olduğunu nümayiş etdirəcək”.