logo

İran polisi 808 ton narkotik qaçaqmalçılığının qarşısını alıb

14:12 21-06-2018 | icon 2625
İran polisi 808 ton narkotik qaçaqmalçılığının qarşısını alıb

Ötən il İran polisinin keçirdiyi əməliyyatlar zamanı 808 ton narkotik maddə müsadirə edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə İranın Polis Təşkilatının Narkotiklərə qarşı Mübarizə Baş İdarəsinin rəisi Məsud Zahedian keçirdiyi mətbuat konfransında deyib. Polis rəisi qeyd edib ki, narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı dəstələr Əfqanistan-İran sərhədini qanunsuz olaraq keçməyə çalışırlar. Bu dəstələr tonlarla narkotik maddələri İran ərazisinə, oradan isə Avropaya daşımağa çalışırlar. Dünyada qanunsuz dövriyyədə olan tiryəkin 80 faizi İran polisi tərəfindən müsadirə edilib.

Polis rəisi diqqətə çatdırıb ki, ötən illərlə müqayisədə narkotik maddələrin qaçaqmalçılıq yolu ilə İrana keçirilməsi halları artıb. Silahlı dəstələr ilə mübarizədə onlarla polis əməkdaşı həlak olub.

Məsud Zahedaian bildirib ki, ABŞ Əfqanistanda hərbi baza yaratdıqdan sonra bu ölkədə narkotik maddələrin istehsalı artıb. Qaçaqmalçılar İrana əsasən heroin, tiryək və morfi keçirməyə çalışırlar.