logo

Türkiyə ordusu Suriyanın Münbiç bölgəsində antiterror əməliyyatını davam etdirir

23:17 20-06-2018 | icon 2562
Türkiyə ordusu Suriyanın Münbiç bölgəsində antiterror əməliyyatını davam etdirir

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın Münbiç bölgəsində YPG/PKK terror qruplaşmasına qarşı həyata keçirdiyi antiterror əməliyyatının ikinci fazası uğurla başa çatıb. 

YeniAvropa Türkiyənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, Türkiyə ordusuna məxsus zirehli hərbi texnika TSK-nın nəzarətində olan “Fərat qalxanı” bölgəsindəki Cerablus rayonu ilə Münbiç cəbhə xəttini bir-birindən ayıran Sacu çayı sahillərində fəaliyyətə başlayıb.

Münbiç antiterror əməliyyatı əvvəlcədən müəyyən olunan hərəkət təqviminə uyğun aparılır.

Türkiyənin rəsmi dairələrindən bəyan edilib ki, Qəndil dağları və Kobani şəhəri də terrorçulardan təmizlənəcək.