Koreya Xalq Demokratik Respublikasının(KXDR) Dövlət Şurasının sədri Kim Çen In iyunun 19-da Çinə ikigünlük səfərə gəlib.
YeniAvropa xəbər verir ki, bu KXDR liderinin cari ildə Çinə 3-cü səfəri olacaq. Hələlik səfərin detalları barədə məlumat verilməsə də, Çin və Şimali Koreya liderlərinin Koreya yarımadasındakı vəziyyəti, habelə Sinqapurda keçirilmiş Tramp-Kim görüşünün nəticələrini müzakirə edəcəyi güman olunur.
Xatırladaq ki, KXDR lideri Kim Çen In mart və may aylarında Çinə səfər edərək, ÇXR Sədri Si Cinpin ilə görüşüb