İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi Ramazan bayramı münasibətilə əfv sərəncamı imzalayıb.
YeniAvropa xəbər verir ki, Ali Rəhbərin Administrasiyasından verilən məlumata görə, humanizm və insanpərvərlik prinsiplərini əsas tutan Ayətullah Seyid Əli Xamneyi 537 nəfəri əfv edib.
Əfv olunan məhbusların bir hissəsi azadlığa buraxılıb, bir hissəsinin isə azadlıqdan məhrumetmə müddəti azaldılıb.