logo

Qvatemalada vulkan püskürdü: 114 ölü, 150 itkin

16:25 13-06-2018 | icon 2646
Qvatemalada vulkan püskürdü: 114 ölü, 150 itkin

Qvatemalada yerləşən Fueqo vulkanının püskürməsi nəticəsində həyatını itirən insanların sayı 114 nəfərə çatıb.

YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, on gün əvvəl püskürən vulkanın ətrafında indiyə qədər 114 nəfərin cəsədi aşkarlanıb, 150-dən çox insan isə hələ də itkin düşmüş sayılır. Vulkanın ümumilikdə 1,7 milyon insana təsir etdiyi ehtimal olunur.

İyunun 3-dən bəri təhlükəli ərazilərdən 4 mindən çox yerli sakin təxliyə edilib və müvəqqəti sığınacaqlara yerləşdirilib. Hakimiyyət orqanlarının vulkandakı aktivliyi əvvəlcədən gördüyü, lakin əhalinin təxliyəsi barədə qərarı gecikdirdiyi iddiası ilə təhqiqat başlayıb.