logo

Şanxay Əməkdaşlıq Təşkilatının  zirvə görüşü keçirilir

12:42 10-06-2018 | icon 3024
Şanxay Əməkdaşlıq Təşkilatının  zirvə görüşü keçirilir

Çin Xalq Respublikasının Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti zirvə görüşü işə başlayıb. YeniAvropa “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, zirvə görüşünün açılışında çıxış edən Çin Xalq Respublikasının sədri Si Cinpin üzv ölkələr arasında sabitliyin, təhlükəsizliyin və regional inkişafın təmin edilməsində ŞƏT-in önəmini vurğulayıb.

“Biz ŞƏT-in davamlı və uzunmüddətli inkişafı üçün hər kəslə birlikdə işləməyə hazırıq”, - deyə Si Cinpin bildirib.

Zirvə görüşündə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları - Çin Xalq Respublikasının sədri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emoməli Rəhmon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, habelə təşkilata ötən il qoşulan Pakistanın prezidenti Məmnun Hüseyn və Hindistanın baş naziri Narendra Modi iştirak edir.

Təşkilatda müşahidəçi statusu olan ölkələrdən İranın, Əfqanıstanın, Monqolustanın və Belarusun prezidentləri də zirvə görüşünə qatılıb.