Yunanıstan hökuməti borcların qaytarılması barədə hesabatı təqdim etmədiyinə görə, Avropa Fondu ölkəyə 1 milyard avro dəyərində kredit ayırmasını dayandırıb.
YeniAvropa xəbər verir ki, “Ekathimerini” nəşrinə istinadla xəbər verir ki, Avropa Sabitlik Mexanizminin direktorlarının Paris görüşündə ölkə hökuməti tərəfindən hesabatların təqdim olunmasınadək kreditin verilməsinin təxirə salınması qərarına gəlinib. Təşkilatın təmsilçiləri Yunanıstanın bir çox məsələlərdə inkişaf və uğurlarını vurğulasalar da, ölkə hökuməti tərəfindən imzalanan Sazişdə bütün maddələrin yerinə yetirilmədiyi bildirilib.