logo

“Boeing”  İrana 80 təyyarəni satmadığı üçün beynəlxalq məhkəməyə verilir

19:28 09-06-2018 | icon 2373
“Boeing”  İrana 80 təyyarəni satmadığı üçün beynəlxalq məhkəməyə verilir

İran ABŞ-ın təyyarə istehsalçısı olan “Boeing” korporasiyasını beynəlxalq məhkəməyə verəcək. YeniAvropa xəbər verir  ki, bu barədə İran İslam Şurası Məclisinin (parlamentin) deputatı, iqtisadiyyat komitəsinin üzvü Taki Kəribi məlumat verib.

Deputat bildirib ki, 2016-cı ilin dekabrında “İran Air” şirkəti ilə “Boeing” korporasiyası arasında 80 təyyarənin alınması haqqında müqavilə imzalanıb. Bu gün isə korporasiya öhdəliyini yerinə yetirməkdən imtina edir. Bu beynəlxalq qanunları pozmaq deməkdir. Ona görə də İran beynəlxalq məhkəməyə müraciət edərək müqavilənin “Boeing” tərəfindən yerinə yetirilməsini tələb edəcək.

Xatırladaq ki, “Boeing” korporasiyası ötən həftə bəyanat ilə çıxış edərək Vaşinqton administrasiyası tərəfindən İrana qarşı iqtisadi sanksiyaların bərpa olunması səbəbi ilə müqavilənin şərtlərini yerinə yetirə bilməyəcəyini bildirib. Bəyanatda bildirilib ki, “Boeing”in İrana təyyarə satması üçün lisenziyası yoxdur.

Yerli mətbuat qeyd edir ki, qanuni müqavilənin olmasına baxmayaraq, ABŞ hökuməti bilərəkdən “Boeing”ə lisenziya vermir.