Kürdəmir rayonunda bədbəxt hadisə baş verib, 58 yaşlı kişi yıxılaraq dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Təklə kəndində qeydə alınıb. Belə ki, rayonun Şıxımlı kənd sakini Məmmədov Namiq Əmirəhmət oğlu Təklə kənd sakini Cəfərov Qabil Bəşir oğluna məxsus evdə usta işləyərkən ehtiyatsızlıqdan yıxılıb və ağır xəsarət alıb. Ətrafdakı insanların köməyi ilə Namiq Məmmədov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Namiq Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.