Noyabrın 30-u səhər saatlarında Xaçmaz şəhərindəki yanacaqdoldurma məntəqəsinin ərazisində “DAF” markalı yük avtomobili yanıb.
YeniAvropa xəbər verir ki, yük avtomobilin kabinəsində başlayan yanğın nəticəsində sürücü, Xaçmaz rayonunun Şıxlı kənd sakini 1962-ci il təvəllüdlü Şeydayev Əmrah Qəhraman oğlu və Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mehdiyev Nofəl Bəhmən oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvələri cəlb olunub. Yük avtomobilinin qoşqusu və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.