logo

Nyu-York meri Manhettendəki partlayışı terror aktı adlandırdı

01:40 12-12-2017 | icon 2072
Nyu-York meri Manhettendəki partlayışı terror aktı adlandırdı

Nyu-Yorkun şəhərinin meri Bill De Blazio bəyan edib ki, Manhettenin mərkəzindəki partlayış terror cəhdidir.

YeniAvropa.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri yazır.

De Blazionun sözlərinə görə, ehtimal edilən cinayətkar tək olub. Nyu-York polisinin məlumatına görə, hadisəni törədən 27 yaşlı Banqladeş əsilli Akayed Ullah törədib.

Şübhəli şəxsin 27 yaşı var, son vaxtlar o, Nyu-Yorkun Bruklin rayonunda yaşayırdı. Partlayış zamanı 4 nəfər xəsarət alıb. Onlardan biri hadisəni törədən şəxsdir. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

S.B.