logo

Kürdəmirdə mikroavtobus aşdı-10 yaralı var

16:11 27-11-2021 | icon 5740
Kürdəmirdə mikroavtobus aşdı-10 yaralı var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisə baş verib.

 YeniAvropa xəbər verir ki,hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb.

Hadisə zamanı 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti alıb: Tərtər rayon sakini, 56 yaşlı İsmayılov Ələkbər Hüseyn oğlu, Bərdə rayon sakinləri - 45 yaşlı Quliyev Fəqan Əli oğlu, 50 yaşlı Məmmədova Mehparə Hüseyn qızı, 6 yaşlı Quliyeva Validə Fəqan qızı, Göyçay rayon sakinləri - 69 yaşlı Qəhrəmanov Fikrət Şəmi oğlu, 35 yaşlı Mizəffərova Tünzalə Ramiz qızı, Ağdaş rayon sakinləri - 33 yaşlı Mizəffərov Samir İldırım oğlu, 6 yaşlı Mizəffərli Xəyyam Samir oğlu, Bakı şəhər sakinləri 32 yaşlı Hacıyeva Sənubər İsa qızı, 2021-ci təvəllüdlü Hacızadə Fəridə Camal qızı. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.