Nəsimi rayonu ərazisində yolu keçən Bakı şəhər sakini R.Əliyev müəyyənləşməmiş avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib.
Yol-nəqliyyat hadisəsinin “Ravon” markalı avtomobillə törədilməsi rayon polis idarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyənləşib.
Həmin nəqliyyat vasitəsini idarə edən sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma davam edir.