logo

Türkiyə Silahlı Qüvvələri 130 PKK terrorçusunu məhv edib

15:15 06-06-2018 | icon 2520
Türkiyə Silahlı Qüvvələri 130 PKK terrorçusunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin quru qoşunları Şimali İraqa daxil olaraq 20 kilometr irəliləyib. Bölgədə piyada qoşunları antiterror əməliyyatı aparır. Hərbi əməliyyatlar zamanı 130 PKK terrorçusu məhv edilib. YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Hakkari vilayətindəki hərbi birliklər Şimali İraqa göndərilib. Əməliyyat çərçivəsində pilotsuz uçuş aparatları ilə terrorçulara məxsus hədəflər vurulub.

Türkiyənin Baş naziri Binəli Yıldırım açıqlamasında bildirib ki, silahlı qüvvələr Fərat çayının qərbində 250 kilometrlik ərazini terrorçulardan təmizləyib. Baş nazir, eyni zamanda, Fərat çayının cənubunda terrorçulara qarşı əməliyyatın aparıldığını bildirib. B.Yıldırımın sözlərinə görə, hazırda Şimalı İraqda türk ordusunun 11 qərargahı təşkil olunub.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə bildirib ki, silahlı qüvvələrin apardığı əməliyyat nəticəsində PKK-nın əsas qərargahı hesab olunan Qəndil Türkiyə üçün təhlükəsiz məkana çevriləcək.