logo

Gələn həftə “WhatsApp”da pul köçürmək mümkün olacaq

19:47 04-06-2018 | icon 2555
Gələn həftə “WhatsApp”da pul köçürmək mümkün olacaq

Gələn həftə “WhatsApp”da pulköçürmə xidməti işə salınacaq. YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bununla da messencer iri internet ödəniş sistemləri ilə rəqabətə girəcək.

Hazırda bu xidmət messencerin “Android” versiyasında əlçatandır. Ancaq bir neçə həftədən sonra ondan telefonunda “WhatsApp” yüklənmiş hər kəs istifadə edə biləcək.

Hazırda xidmətin tərtibatçılarının iri banklar arasında dörd tərəfdaşı mövcuddur. “WhatsApp”ın aktiv istifadəçilərinin sayı 1,3 milyard nəfərdən çoxdur.

Xatırladaq ki, pulköçürmə xidməti “Apple”in "iMessage" məlumat mübadilə xidmətində də reallaşdırılıb. Hələlik bu xidmət məhdud ölkələrdə istifadəyə açıqdır.