Əli Laricani yenidən İran İslam Şurası Məclisinin (parlamentin) sədri seçilib.
YeniAvropa xəbər verir ki, parlamentin xüsusi iclasında keçirilən sədr seçkilərində 279 deputat iştirak edib. Onlardan 147–si Ə.Laricaninin lehinə səs verib. Ə.Laricaninin rəqibi Məhəmməd Rza Arif isə 123 səs alaraq məğlub olub. Qeyd edək ki, İran parlamenti 296 deputatdan ibarətdir.
Xatırladaq ki, İran qanunlarına əsasən parlament hər iki ildən bir idarə heyətini yenidən seçir.