"Mən Paraqvay Respublikasının prezidenti vəzifəsindən istefa edirəm. Ölkəmə xidmət etməyi senatda davam edəcəyəm. Mən xalqın səsvermə zamanı ifadə etdiyi istəyi yerinə yetirirəm. Tanrı Paraqvayı qorusun", - Kortes öz “Twitter” mikrobloqunda yazıb.
Kortes 2013-ci ilin avqust ayından Paraqvayın prezidenti vəzifəsini tuturdu.
Qanuna əsasən, Kortesin istefasından sonra parlamentin təsdiq edəcəyi təqdirdə avqusta qədər prezident səlahiyyətlərini ölkənin hazırki vitse-prezidenti Alisiya Puçeta icra edəcək.