logo

Misirdə “YouTube” videohostinqini bağlayıblar

18:38 26-05-2018 | icon 2604
Misirdə “YouTube” videohostinqini bağlayıblar

Misirin Ali İnzibati Məhkəməsi Məhəmməd peyğəmbərin həyatı haqqında müsəlmanların dini inancını təhqir edən filmi yayan “YouTube” videohostinqinin bir ay müddətinə bağlanmasına dair aşağı məhkəmə instansiyasının qərarını təsdiq edib.

YeniAvropa Misir KİV-lərinə istinadla xəbər verir ki, misirli vəkil Məhəmməd Həmid Salim peyğəmbərin həyatı haqında təhqiramiz kadrları ləğv edənədək “YouTube”un ölkə ərazisində bağlanması tələbi ilə məhkəməyə müraciət edib.