logo

Ukraynanı Avropa ölkələri ilə birləşdirən dəmir yolu tuneli açılıb

14:53 25-05-2018 | icon 2534
Ukraynanı Avropa ölkələri ilə birləşdirən dəmir yolu tuneli açılıb

Ukraynanı Avropa ölkələri ilə birləşdirən dəmir yolu tuneli təmirdən sonra açılıb.

YeniAvropa yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna Prezidenti Petro Poroşenko tunelin rəsmi açılış mərasimində iştirak edib.

Poroşenko bildirib ki, tunel Ukrayna ilə Avropa İttifaqı arasında yükdaşımaların və turist axınının artmasına səbəb olacaq.

Uzunluğu 1822 metr olan Beskid tuneli yerin 180 metr dərinliyindən keçir. Əsası hələ 1886-cı ildə qoyulmuş tunel 2007-ci ildə qəzalı vəziyyətdə olması ilə əlaqədar təmirə bağlanmışdı.

Təmirdən sonra açılan və sahəsi genişləndirilən tunelin buraxılış gücü sutkada 200 qatar olacaq.