logo

Seul aeroportunda əlverişsiz hava səbəbindən 550-ə yaxın reys gecikib.

21:02 24-12-2017 | icon 2079
Seul aeroportunda əlverişsiz hava səbəbindən 550-ə yaxın reys gecikib.

Cənubi Koreyanın paytaxtında dünəndən davam edən yağışlı və dumanlı hava şəraiti ölkənin əsas giriş qapısı olan İnçon beynəlxalq hava limanında uçuşların ləngiməsinə səbəb olub.

YeniAvropa Yonhap agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 18:00-dək (Bakı vaxti ilə 13:00) 239 xarici və 309 daxili reys gecikib, 12 reys isə ləğv edilib.

Aeroport rəsmiləri dünən eyni səbəbdən 468 uşuçun gecikdiyini, 58-nin isə ləğv edildiyini bildiriblər. Nəticədə hava limanının gözləmə zallarında sərnişin sıxlığı yaranıb. Bununla əlaqədar xüsusi qərargah yaradılıb, gecikən reyslərin sərnişinləri döşək, ədyal və pulsuz yeməklə təmin edilib.