logo

Donald Tramp Kim Çen Inla görüşməkdən imtina edib

21:32 24-05-2018 | icon 2632
Donald Tramp Kim Çen Inla görüşməkdən imtina edib

ABŞ Prezidenti Donald Tramp Sinqapurda sammit keçirməkdən imtina etdiyi barədə Şimali Koreya lideri Kim Çen Ina məktub göndərib.

YeniAvropa bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

“Təəssüf ki, sizin son bəyanatınızda nümayiş etdirdiyiniz böyük qəzəb və açıq düşmənçiliyə əsaslanaraq hesab edirəm ki, hazırda çoxdan planlaşdırılan görüşün keçirilməsi məqsədəuyğun deyil”, - deyə Ağ evin dərc etdiyi məktubda qeyd olunur.

ABŞ liderinin sözlərinə görə, bütün dünya və KXDR sülhə və tərəqqiyə nail olmaq yolunda böyük imkanı itirdi.

Xatırladaq ki, ötən həftə Vaşinqton və Seulun müştərək hərbi təlimləri səbəbindən KXDR-in gözlənilən görüşü ləğv edə biləcəyi barədə məlumat yayılsa da, ABŞ prezidenti tərəflərin sammitə hazırlıqlarını davam etdirdiyini bildirmişdi.