Yaponiyanın xarici işlər naziri Taro Kono Yaxın Şərqə səfəri çərçivəsində Qüds şəhərini ziyarət edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən bildirilib Məlumatda qeyd olunub ki, altı günlük səfər dekabrın 24-də başlayacaq.
T.Kono ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Yaponiyanın Nazirlər Kabinetinin ilk üzvü kimi bu şəhərə səfər edir. Xatırladaq ki, D.Trampın Qüds məsələsi ilə bağlı mövqeyi beynəlxalq aləmdə ciddi polemikaya səbəb olub.
Məlumata əsasən, T.Kononun İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbasla görüşləri nəzərdə tutulur. Nazirin hər iki liderə İsrail və Fələstin arasındakı sülh danışıqlarında Yaponiyanın fəal rol oynamaq niyyəti barədə mövqeyini çatdıracağı bildirilir.