Cənubi Koreyanın karantin xidməti “quş qripi” virusu ehtimalına görə 201 min ördəyi məhv edib.
YeniAvropa Yonhap agentliyinə istinadla xəbər verir ki, Kənd Təsərrüfatı, Ərzaq və Kənd Məsələləri Nazirliyinin təlimatı ilə prosesə noyabrın 19-dan başlanılıb. Səbəb isə ölkənin cənub-qərb hissəsindəki bir neçə fermada ördəklərdə “H5N6” virusunun aşkarlanması olub.
Qeyd edək ki, ötən il Cənubi Koreyada “quş qripi” virusu səbəbindən 30 milyondan çox quş məhv edilmişdi.