logo

Güclü yağış Ankarada selə səbəb olub

18:36 20-05-2018 | icon 2534
Güclü yağış Ankarada selə səbəb olub

Mayın 20-də Türkiyə vaxtı ilə 15.30-da Ankara şəhərinə şiddətli yağış yağıb.

YeniAvropa  yerli mətbuata istinadla xəbər verir  ki,  təxminən 15 dəqiqə davam edən yağış güclü selə səbəb olub. Vətəndaşlara və şəhər təsərrüfatına ciddi ziyan dəyib. Avtobuslar və minik maşınları tunellərdə qalıb.

Əraziyə çoxlu sayda xilasetmə qüvvələri cəlb olunub.