Çin hökuməti 2015-ci ildən bəri qanunsuz fəaliyyət göstərən 13 mindən çox internet saytının fəaliyyətinə qadağa qoyub.
YeniAvropa xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Yığıncağı (parlament) Daimi Komitəsinin sədr müavini Van Şencun qanunverici orqanda kibertəhlükəsizlik mövzusunda danışarkən deyib.
Bildirilib ki, qeyd olunan dövrdə Çin Kiberməkan Administrasiyasının rəsmiləri 2200-dən çox saytın operatoruna xəbərdarlıq edib. Bundan başqa, 10 milyondan çox internet hesabı bağlanılıb. Buna səbəb terrozim və pornoqrafiyaya dair məlumatların yayılmasıdır.