Türkiyədə 19 may – Atatürkü anma, gənclik və idman bayramı münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Samsun şəhərinin küçə və meydanlarında nümayiş etdirilən 1919 metr uzunluğundakı bayraq böyük marağa səbəb olub.
YeniAvropa xəbər verir ki, bayraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Samsun şəhərinə gələrək işğalçılara qarşı milli azadlıq hərəkatını başlatdığı 1919-cu il 19 may tarixinin şərəfinə bu ölçüdə hazırlanıb.