İstanbulun “Yeni qapı” meydanında Qüdsə dəstək məqsədilə mitinq keçirilib.
YeniAvropa xəbər verir ki, mitinqə ölkənin əksər siyasi partiyaları və ictimai təşkilatları tərəfindən dəstək verilib. İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçiriləcək fövqəladə Sammitində iştirak edəcək ölkələrin bəzi təmsilçiləri də mitinqə qatılıblar.
Çıxışlarda son günlər Qüdsdə Fələstin xalqına qarşı həyata keçirilən zorakılıq halları pislənilib.