logo


İon dənizinin altında bölünmə xətləri aşkarlanıb

12:41 24-12-2017 | icon 2128
İon dənizinin altında bölünmə xətləri aşkarlanıb

İtaliyalı tədqiqatçılar Adriatik dənizi və Aralıq dənizi arasında yerləşən maksimal dərinliyi 5121 metr təşkil edən İon dənizi altında dərin çatlar sistemi aşkar ediblər.

YeniAvropa ANSA agentliyinə istinadən xəbər verir ki, bu mühüm tədqiqat işi Siciliyanın Kalabriyadan yavaş, lakin tədricən aralandığını və bu ərazidə güclü zəlzələnin baş vermə təhlükəsinin olmasını izah etməyə imkan verir.

“Bu ərazidə keçirilən çoxsaylı okeanoqrafik kampaniyalar dəniz kənarı yaxınlığında çat xətlərinin geniş sistemini aşkar etdi və indi həmin çatları tədqiq etmək olar”, – deyə tədqiqatçı Alina Poloniya bildirib.