Avropa İttifaqının sammiti İranla nüvə sazişini dəstəkləyib
İranla nüvə sazişini nəinki qoruyub saxlamaq, həm də raket probleminin həlli yolları və İranın regiondakı rolu ilə bağlı məsələləri daxil etməklə onu genişləndirmək lazımdır. YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə mayın 17-də Sofiya şəhərində keçirilən Avropa İttifaqı – Qərbi Balkan ölkələri sammitinə gələn Fransa Prezidenti Emmanuel Makron bildirib. O, həmçinin mayın 16-da sammitin işgüzar şam yeməyi zamanı Aİ liderlərinin Avropa müəssisələrini ABŞ-ın İran üzrə yeni sanksiyalarından qorumaq barədə razılığa gəldiklərini deyib.
Emmanuel Makronun sözlərinə görə, Avropa Komissiyası kompaniyaların müdafiəsi üçün texniki təkliflər paketini formalaşdırıb. Bununla yanaşı, Fransa lideri beynəlxalq korporasiyaların öz maraqları çərçivəsində İranla işləmək barədə müstəqil qərar verməli olduqlarını da qeyd edib.
Xatırladaq ki, mayın 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının və bir vaxtlar ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilən birtərəfli sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə proqramını məhdudlaşdıran Hərtərəfli Müştərək Fəaliyyət Planından – sazişdən çıxdığını elan edib. Tramp nəinki köhnə sanksiyaları qaytaracağını, həm də yenilərinin qəbul olunacağını bildirib. Eyni zamanda o, ABŞ-ın yeni saziş bağlamağa hazır olduğunu deyib. Bununla yanaşı, Vaşinqton Tehrana faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüb.
Böyük Britaniya, Almaniya və Fransa liderləri sazişin bütün iştirakçılarını onu yerinə yetirməkdə davam etməyə səsləyib. İran Prezidenti Həsən Ruhani isə Tehranın sazişdən imtina etməyəcəyini və öhdəlikləri yerinə yetirəcəyini bəyan edib.
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə iştirak edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır