Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. YeniAvropa "RİA Novosti”yə istinadla xəbər verir ki, tərəflər Fələstindəki son hadisələri müzakirə ediblər. “Tərəflər Qəzza zolağında çox sayda ölüm halları ilə nəticələnən münaqişələrlə bağlı dərin narahatlıq ifadə ediblər”, - deyə məlumatda bildirilir. Söhbət zamanı həmçinin, Suriyadakı vəziyyət , eləcə də iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani və Roma Papası Fransisk ilə də Fələstindəki vəziyyəti müzakirə etmişdi.