Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudla telefonla danışıb. YeniAvropa "star.com.tr" saytına istinadla xəbər verir ki, prezidentin mətbuat xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Londondakı təmaslarını bitirdikdən dərhal sonra Kralla apardığı telefon danışığında Fələstindəki son hadisələri müzakirə edib.
Qeyd olunub ki, müsəlmanlar bu məsələdə ortaq mövqe nümayiş etdirməlidir. Söhbət zamanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda İstanbulda keçiriləcək toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.