Küveyt Dövləti Qəzza sektorunda etiraz aksiyalarının qarşısının İsrail tərəfindən sərt müdaxilə tədbirləri ilə alınması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi qərarına Qəzza sektorunda ciddi etirazlar edən fələstinlilərə qarşı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 52 nəfər həlak olub. Yaralananların sayı isə 2410-a çatıb.
Qeyd edək ki, bu gün ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçirilib.