logo

Astanada Suriya böhranı ilə bağlı növbəti görüş keçirilir

11:44 14-05-2018 | icon 2534
Astanada Suriya böhranı ilə bağlı növbəti görüş keçirilir

Astanada Suriya böhranının müzakirəsi üzrə danışıqların IX raundu keçirilir.

YeniAvropa xəbər verir  ki, ikigünlük görüş zamanı tərəflər bundan əvvəlki Astana görüşünün nəticələrini və gələcək planları müzakirə edəcəklər.

Suriya məsələsi üzrə Astana görüşləri çərçivəsində qarant ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli və üçtərəfli danışıqlar nəzərdə tutulub.

ABŞ nümayəndə heyəti danışıqların bu mərhələsində iştirakdan imtina edib.