Şahzadənin toyu Britaniya iqtisadiyyatına 680 milyon dollar gəlir gətirəcək
Britaniyanın içki və qəlyanaltı ilə məşğul olan kompaniyaları şahzadə Harri və amerikalı aktrisa və fotomodel Meqan Marklın toyu mövzusunda məhsullar istehsal etməyə başlayıb.YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, “şahzadə Harri və miss Meqan Marklın toyunun şərəfinə. Müqəddəs Georgi kilsəsi” sözləri yazılmış peçenyelər satışa çıxarılıb. Toy mərasiminin keçiriləcəyi Vindzor qəsri yaxınlığında yerləşən pivə zavodu isə artıq “Vindzor bağları” adlı məhsul istehsal edir.
Ekspertlərin fikrincə, təkcə içki və qəlyanaltılar Britaniya iqtisadiyyatına əlavə olaraq azı 80 milyon funt sterlinq (108 milyon dollardan çox) gəlir gətirəcək. “Brand Finance” konsaltinq kompaniyasının ilkin hesablamalara görə isə şahzadənin toyu ümumilikdə Birləşmiş Krallığın iqtisadiyyatını ən azı 500 milyon funt sterlinq (680 milyon dollar) zənginləşdirə bilər.
Mütəxəssislər gəlirlərin əsas hissəsini turistlərin, əsasən də ABŞ-dan gələn qonaqların axınında görür. Həmin günlərdə təkcə Vindzor qəsrinə 50 mindən çox amerikalının, ümumilikdə isə Birləşmiş Krallığa 350 min xarici turistin gələcəyi gözlənilir.
“Brand Finance” kompaniyasının hesablamalarına görə, turizmdən, nəqliyyat xidmətindən istifadədən və otel otaqlarının kirayəsindən 200 milyon funt sterlinq (270 milyon dolar) gəlir əldə ediləcək. Harri və Meqanın toyu ilə əlaqədar xüsusi bayram tədbirləri 150 milyon funt sterlinqə, toy üçün istehsal olunan xatirə suvenirlərinin alınması isə 50 milyon funt sterlinqə (68 milyon dollar) başa gələcək.
Şahzadə Harri və Meqan Marklın toy mərasimi mayın 19-da Vindzor qəsrinin – kraliça II Elizabetin şəhərkənarı iqamətgahının ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində baş tutacaq.
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə iştirak edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır