logo

İndoneziyanın Yava adasında vulkan püskürüb, əhali təxliyə olunur

13:25 11-05-2018 | icon 2611
İndoneziyanın Yava adasında vulkan püskürüb, əhali təxliyə olunur

Yava adasında İndoneziyanın ən aktiv vulkanı – Merapi püskürməyə başlayıb.

YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, İndoneziyanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə idarəsinin mətbuat katibi Sutopo Purvo Nuqroho püskürmənin vulkanoloqlar üçün gözlənilməz anda başladığını deyib.

Vulkan külünün 5,5 kilometr hündürlüyə qalxdığı bildirilir. Yerli hökumət orqanları vulkan kraterindən 5 kilometrlik radius daxilində yaşayan əhaliyə öz evlərini tərk edərək təhlükəsiz ərazilərə getməyi tövsiyə edib. Təbii fəlakət nəticəsində ölən və ya yaralananlar barədə hələlik heç bir məlumat verilmir.

Qeyd edək ki, 2010-cu ildə Merapi vulkanının son püskürməsi nəticəsində 347 nəfər həlak olmuşdu.