logo

Ötən il “Toyota”nın xalis mənfəəti 23 milyard dollar təşkil edib

10:04 11-05-2018 | icon 2653
Ötən il “Toyota”nın xalis mənfəəti 23 milyard dollar təşkil edib

Yaponiyanın nəhəng avtomobil istehsalı şirkəti olan “Toyota”nın rəhbərliyi bəyan edib ki, şirkət martda başa çatan maliyyə ilində rekord səviyyədə satış həyata keçirərək çox böyük xalis mənfəət əldə edib.

YeniAvropa xəbər verir  ki, şirkətin ticarət həcmi əvvəlki illə müqayisədə 6,5 faiz artaraq 268 milyard dollar təşkil edib. Ən çox satış Çində və Avropa ölkələrində qeydə alınıb. Şirkətin xalis mənfəəti isə 36 faiz artaraq 23 milyard dollara çatıb.

Şirkət rəhbərliyinin rəyinə görə, buna səbəb ABŞ Prezidenti Donald Tramp Administrasiyasının korporativ vergilərin qismən azaldılması siyasəti olub.

Buna baxmayaraq, qarşıdakı ildə şirkəti böyük sınaqlar gözləyir. Belə ki, son iki maliyyə ilində ilk dəfə olaraq satışın azlaması və mənfəətin düşməsi proqnozlaşdırılır.

Proqnozlara görə, yapon milli valyutası yenin məzənnəsinin ixraca təsiri fonunda ABŞ və Yaponiyada sorğuların 1,3 faiz, xalis gəlirin isə 15 faiz azalacağı gözlənilir.