logo

Malayziyada parlament seçkilərində son 60 ildə ilk dəfə müxalifət qalib gəlib

13:59 10-05-2018 | icon 2534
Malayziyada parlament seçkilərində son 60 ildə ilk dəfə müxalifət qalib gəlib

Malayziyada keçirilən parlament seçkilərində son 60 ildə ilk dəfə müxalifət qalib gəlib və nəticədə 92 yaşlı Mahathir Məhəmmədin Baş nazir olacağı gözlənilir. YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, onu Baş nazir qismində Malayziyanın kralı V Məhəmməd təsdiq etməlidir.

Mahathir Məhəmmədin “Pakatan Harapan” (Ümid alyansı) koalisiyası ölkə parlamentinin nümayəndələr palatasında 222 yerdən 121-nə, hakim “Barisan Nasional” (Milli cəbhə) partiyası isə 79 yerə sahib olub.

1957-ci ildən hakimiyyətdə olan “Milli cəbhə” partiyasının sədri, Malayziyanın hazırkı Baş naziri Nəcib Rəzzak “xalqın iradəsini” qəbul edəcəyini bildirib.

Qeyd edək ki, Mahathir Məhəmməd bundan əvvəl 20 ildən çox (1981-2003-cü illər) Malayziyanın Baş naziri postunu tutub. Bu vəzifəyə yenidən təyin ediləcəyi təqdirdə 92 yaşlı siyasətçi dünyanın ən qocaman lideri olacaq.