logo

Şimali Koreya ABŞ vətəndaşlarını azad edib

21:14 09-05-2018 | icon 2555
Şimali Koreya ABŞ vətəndaşlarını azad edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ vətəndaşı olan və Şimali Koreyada saxlanılan 3 nəfəri azad edib. Onlar hazırda ABŞ-a qayıdırlar.

YeniAvropa xəbər verir  ki, ABŞ  prezidenti Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb.

D.Tramp 3 amerikalının Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun KXDR-ə səfəri zamanı azad edildiyini və onunla birlikdə vətənə yola düşdüklərini yazıb. Mayk Pompeo ABŞ və Şimali Koreya liderlərinin nəzərdə tutulan görüşünün detallarını müzakirə etmək üçün Pxenyana səfər edib.

Qeyd edək ki, ABŞ vətəndaşı olan Kim Donq-çul, Kim Sanq-duk və Kim Hak-sonq bir müddətdir ki, casusluq ittihamı ilə Şimali Koreyada saxlanılırdı.