İran nüvə sazişinin bütün maddələrini tətbiq edib və anlaşmaya zidd addım atmayıb.
YeniAvropa Türkiyənin "NTV" telekanalına istinadla xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxmasına münasibət açıqlayarkən deyib.
Həsən Ruhani bildirib ki, İran nüvə sazişinə bundan sonra digər beş ölkə ilə davam edəcək. O, ABŞ-ın razılaşmadan geri çəkilməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.