Pakistanın Bəlucistan əyalətinin Kvetta dairəsində kömür mədənində uçqun nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. Bu barədə “Express Tribune” qəzeti məlumat yayıb.
YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, Spin Karez bölgəsindəki kömür mədənində də uçqun baş verib. Qəzaya səbəb qaz partlayışı olub.
Rəsmi məlumata görə, Pakistanda hər il kömür mədənlərində baş verən qəzalar nəticəsində 200-dək insan həlak olur.