Türkiyənin paytaxtı Ankara şəhərində güclü yağış və sel böyük fəsadlar yaradıb.
YeniAvropa xəbər verir ki, küçə və meydanları su basıb. Sel çoxlu sayda avtomobili aparıb.
Ən son məlumata görə, sel nəticəsində 6 nəfər yaralanıb. Şəhər rəhbərliyi təsərrüfata dəyən ziyanın aradan qaldırılması üçün tədbirlərə başlayıb.