logo

Cənubi Koreya ilə KXDR saat fərqini aradan qaldırıb

16:58 05-05-2018 | icon 2499
Cənubi Koreya ilə KXDR saat fərqini aradan qaldırıb

Sərhədyanı Panmuncom məntəqəsində Cənubi Koreya Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In arasında aprelin 27-də keçirilən tarixi görüşdən sonra Şimali Koreya Cənub qonşusu ilə eyni saat qurşağına keçib.

YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, KXDR aprelin 4-də yerli vaxtla saat 23:30-da əqrəbləri 00:00-a gətirərək Seulla arasında olan vaxt fərqini bərabərləşdirib. Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) saat fərqinin aradan qaldırılmasını Cənubla Şimal arasında fərqlərin eyniləşməsi prosesini sürətləndirəcək “ilk addım” kimi səciyyələndirib.

Xatırladaq ki, Pxenyan 2015-ci ildə əqrəbləri 30 dəqiqə geri çəkərək öz saat rejimini müəyyən etmişdi.