Amerika Prezidenti Donald Tramp ABŞ və KXDR arasında keçiriləcək ikitərəfli sammitin yerinin və vaxtının razılaşdırıldığını bildirib.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın dövlət başçısı razılaşmanın detallarını jurnalistlərə açıqlamayıb.
“Bizim Şimali Koreya ilə çox məzmunlu danışıqlarımız gedir. Girovlar (KXDR həbsxanalarında saxlanılan 3 amerikalı) barədə çox şey baş verib. Güman edirəm ki, çox yaxşı xəbərlər olacaq”, - deyə prezident bildirib.
Hazırda ABŞ və KXDR Donald Tramp və Kim Çen In arasında görüşün detallarını müzakirə edir. Bir qədər əvvəl Birləşmiş Ştatların prezidenti sammitin 3 və ya 4 həftədən sonra Koreyanın cənubu və şimalı arasındakı sərhədyanı Panmuncom məntəqəsində keçirilə biləcəyini demişdi.