Hakim Ədalət və İnkişaf Partiyası(AKP) iyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini rəsmi olaraq irəli sürüb.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu haqda hakim partiyanın bu gün yaydığı bəyanatda bildirilir.
Bəyanatda, həmçinin, qeyd edilib ki, hazırkı prezident R.T.Ərdoğan qarşıdakı seçkilərdə həm də müxalifət partiyası olan Milli Hərəkat Partiyasının da namizədidir.
Xatırladaq ki, Türkiyədə 11 siyasi partiyanın qatılacağı növbədənkənar parlament və prezident seçkiləri iyunun 24-nə təyyin edilib.