logo

Ankarada iki zəlzələ baş verib

10:33 03-05-2018 | icon 2625
Ankarada iki zəlzələ baş verib

Türkiyənin paytaxtı Ankara şəhəri yaxınlığında 4,0 bal gücündə zəlzələ baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 05:32-də qeydə alınan yeraltı təkanların mərkəzi Ankaradan 145 km şimal-qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib.

Eyni ərazidə 2 dəqiqə əvvəl 3,8 bal gücündə də təkan qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.