Yerevanda tələbələr və şagirdlərdən sonra etiraz aksiyalarına metropolitenin işçiləri də qoşulublar.
YeniAvropa Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, onlar müxalifət lideri Nikol Paşinyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyasına qoşulduqlarını bəyan ediblər.
Bu arada, Ermənistanın Gümrü şəhərində müxalifət tərəfdarları meriya binasına daxil olublar. Onlar Gümrü şəhərinin meri Samvel Balasanyandan müxalifətə keçməyi tələb ediblər. Analoji hadisə Ermənistanın Maralik şəhərində də baş verib. Orada da etirazçılar meriyaya daxil olaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.
Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq Nikol Paşinyanın tərəfdarları Yerevanda əsas küçə və prospektləri, eləcə də hava limanına aparan yolu bağlayıblar.