logo

Əfqanıstanda BBC-nin jurnalisti öldürülüb

19:24 30-04-2018 | icon 2387
Əfqanıstanda BBC-nin jurnalisti öldürülüb

Əfqanıstanın cənub-şərqində yerləşən Host vilayətində BBC-nin jurnalisti Əhməd Şah öldürülüb.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, Host vilayətinin polis rəisinin məlumatına görə, velosipedlə hərəkət edən Əhməd Şah naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub. Ağır xəsarətlər alan jurnalist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu gün Əfqanıstanın paytaxtında daha 9 KİV əməkdaşı öldürülüb. Onlar Kabildə 29 nəfərin ölümü ilə nəticələnən partlayışların qurbanı olublar. Hücum nəticəsində France Press agentliyinin fotomüxbiri Şa Marai, TOLO News telekanalının operatoru, 1TV telekanalının jurnalisti və operatoru, Mashal TV-nin iki əməkdaşı və “Azadi Radio”nun (Azad Avropa radiosu/Azadlıq radiosunun Əfqanıstan şöbəsi) 3 jurnalisti həlak olub.