logo

Şavkat Mirziyoyev: Özbəkistan Türk Şurasının növbəti Sammitinə qatılacaq

16:42 30-04-2018 | icon 2667
Şavkat Mirziyoyev: Özbəkistan Türk Şurasının növbəti Sammitinə qatılacaq

Özbəkistan Respublikası rəsmi olaraq Türk Şurasının dövlət başçılarının Bişkekdə nəzərdə tutulan növbəti Sammitinə qatılacaq.

YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Daşkənddə keçirdikləri birgə mətbuat konfransında məlumat verib. Prezident Şavkat Mirziyoyev bildirib ki, bu məsələ ətrafında türkiyəli həmkarı ilə geniş müzakirələr aparıb və əhəmiyyətli qərar qəbul olunub. Özbəkistanın dövlət bayrağı Türk Şurasına üzv ölkələrin dövlət bayraqları ilə yan-yana dalğalanacaq.

Qeyd edək ki, Türk Şurasına üzv ölkələrin dövlət başçılarının VI Sammitinin bu ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilməsi nəzərdə tutulub.