Kabildə baş verən iki partlayış nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb. Daha 40-dan çox insanın yaralandığı bildirilir.
YeniAvropa "France-Presse" informasiya agentliyinə istinadla xəbər verir ki, ölənlər və yaralananlar arasında jurnalistlər və operatorlar da var.
Xatırladaq ki, aprelin 30-da səhər saatlarında Kabildə iki partlayış baş verib. Polisin məlumatına əsasən, partlayışlardan birincisi terrorçu kamikadze tərəfindən motosikletlə törədib. Bundan 20 dəqiqə sonra jurnalistlər hadisə yerinə gəldikdə həmin rayonda digər parladıcı qurğu işə salınıb. İkinci partlayış nəticəsində 7 jurnalist və operator, o cümlədən France-Presse agentliyinin fotomüxbiri Şa Marain, Əfqanıstanın 1TV telekanalının 2 əməkdaşı həlak olub.
Partlayışların məsuliyyətini ölkədə aktiv fəaliyyət göstərən İŞİD qruplaşması öz üzərinə götürüb.